525.Az

AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb


 

AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb<b style="color:red"></b> Fevralın 19-da Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Rektor Vilayət Vəliyev səfirə universitetdə aparılan islahatlar və bu yaxınlarda AzTU nümayəndə heyətinin Türkiyəyə etdiyi işgüzar səfər və nəticələri barədə danışıb.

Rektor İstanbul və Ankara şəhərlərinin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə keçirilən mühüm görüşlər haqqında ətraflı məlumat verib.

Dəvətə görə təşəkkürünü bildirən səfir Erkan Özoral Türkiyədə keçirilən görüşləri AzTU üçün faydalı hesab etdiyini vurğulayıb.Qeyd edibki, bundan sonra da qardaş ölkə universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcək.


 





20.02.2020    çap et  çap et