525.Az

125 saylı dairədə 11 məntəqənin nəticəsi ləğv edildi


 

125 saylı dairədə 11 məntəqənin nəticəsi ləğv edildi<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən qeydə alınan namizəd Faiq Kərimovun və Nazim Azadoğlunun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

T. Həsənov bildirib ki, müraciətlər bir tərkibdə birləşdirilib: “Şikayətçilər müraciətində bildirib ki, səsvermədə az seçicinin iştirak etməsinə baxmayaraq, lider namizədin xeyrinə səslərin sayı artırılıb və digər qanun pozuntularına yol verilib. DSK-nın mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilib. 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.

MSK şikayəti müzakirəyə çıxarıb və yuxarıdakı seçki məntəqələrində nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.

 





20.02.2020    çap et  çap et