525.Az

KİV: Çində koronavirusa təkrar yoluxma halı qeydə alınıb


 

KİV: Çində koronavirusa təkrar yoluxma halı qeydə alınıb<b style="color:red"></b>

Çinin Sıçuan vilayətində koronavirusa təkrar yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə “People's Daily” qəzeti məlumat yayıb.

Bildirilib ki, koronavirusa təkrar yoluxan xəstə yanvarın əvvəlində xəstəxanadan evə buraxılıb. O, xəstəxanadan buraxıldıqdan sonra ev şəraitində karantində olub və heç bir yerə getməyib.

10 gündən sonra ondan götürülən analizin nəticələri müsbət olub. Həmin xəstə və onun ailəsi müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb, onların yaşadıqları ev dezinfeksiya edilib.

 





21.02.2020    çap et  çap et