525.Az

Azərbaycanın ixracında özəl sektorun payı ötən ay kəskin artıb


 

Azərbaycanın ixracında özəl sektorun payı ötən ay kəskin artıb<b style="color:red"></b>

Bu ilin yanvar ayı ərzində Azərbaycanda özəl sektor tərəfindən 1 174 384,97 min ABŞ dolları həcmində ixrac əməliyyatı həyata keçirilib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat ayında ölkənin cəmi ixracının 55,13%-i məhz özəl sektor tərəfindən reallaşdırılıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorun cəmi ixracda xüsusi çəkisi 4 dəfəyə yaxın artıb.

Qeyd edək ki, ötən ilin yanvar ayında ölkənin cəmi ixracının 14,54%-ni və ya 186 040,45 min dollarını məhz bu sektor əhatə edib.

Bildirək ki, bu ilin yanvar ayında həyata keçirilən ixrac əməliyyatlarının 44,74%-i və ya  953 020,17 min dolları isə dövlət sektoru tərəfindən həyata keçirilib.

 





21.02.2020    çap et  çap et