525.Az

Rumıniyanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri: “Status-kvo dayanıqlı deyil”


 

Rumıniyanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri: “Status-kvo dayanıqlı deyil”<b style="color:red"></b>

“Ukraynadakı münaqişə bütün Avropanın, o cümlədən Moldova və Dağlıq Qarabağdakı münaqişələr səbəbindən təhlükəsizlik mühitinin artıq çox kövrək olduğu Qara dəniz bölgəsinin stabilliyinə təhlükə yaradır”.

APA-nın xəbərinə görə, bunu Rumıniyanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Lucian Romaskanu təşkilatın Siyasi İşlər və Təhlükəsizlik Ümumi Komitəsinin Vyanada keçirilən qış iclasında deyib.

“Uzunmüddətli münaqişələrin ATƏT çərçivəsində həll edilməsi bizim gündəliyimizin başlıca istiqaməti olmalıdır. Status-kvo bir çoxları üçün rahat ola bilər, amma bu, dayanıqlı deyil. Daha çox səy göstərilməsi vacibdir. Biz ATƏT-in siyasi müstəvidən əlavə bu münaqişələrin həllinə daha hansı səviyyədə dəstək verə biləcəyinə də baxmalıyıq. Çünki təşkilatın bir çox üstünlükləri var”, - deyə L. Romaskanu qeyd edib.

 





21.02.2020    çap et  çap et