525.Az

Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib


 

Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, toplantıda ölkənin sosial-iqtisadi inkişafına dair mövzular müzakirə olunub.

“Bundan başqa bu axşam planlaşdırılan Rusiya və Türkiyə prezidentləri arasındakı telefon danışığı kontekstində Suriyanın İdlib əyaləti ətrafındakı vəziyyət barədə müzakirələr aparılıb. Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə apardığı telefon danışığı barədə də məlumatlandırıb”, - deyə D. Peskov qeyd edib.

 





21.02.2020    çap et  çap et