525.Az

25 saylı Nizami İkinci Seçki Dairəsinin bir seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb


 

25 saylı Nizami İkinci Seçki Dairəsinin bir seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 25 saylı Nizami İkinci Seçki Dairəsindən qeydə alınan namizəd Ramin Əbilovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və 26 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

 





21.02.2020    çap et  çap et