525.Az

Hacıqabulda yenidən zəlzələ oldu - Yenilənib


 

Hacıqabulda yenidən zəlzələ oldu - <b style="color:red"> Yenilənib</b>

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

“Report” xəbər verir ki, yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Bildirilib ki, yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

*** 08:03

Yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Qeyd edilir ki, zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

 





22.02.2020    çap et  çap et