525.Az

Prezident İlham Əliyev Estoniya Prezidentini təbrik edib


 

Prezident İlham Əliyev Estoniya Prezidentini təbrik edib<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayda təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli xanım Prezident,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və bütün Estoniya xalqına ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

 





22.02.2020    çap et  çap et