525.Az

Xındırıstan bələdiyyə sədrinin işi prokurorluğa göndərildi


 

Xındırıstan bələdiyyə sədrinin işi prokurorluğa göndərildi <b style="color:red"></b>

“Bələdiyyələr arasında ən ciddi nöqsan Xındırıstan kənd bələdiyyəsində qeydə alınıb. Torpaqların monitorinqi zamanı aydın olub ki, Xındırıstan kənd bələdiyyəsinə ayrılmış torpaq sahələri bələdiyyə sədri və yaxın qohumlar tərəfindən zəbt olunub. 68 hektar torpaq sahəsi, bələdiyyə sədrinin xalası oğluna, 84 hektardan artıq bələdiyyə sədri,  özünə məxsus ferma təsərrüfatının əkin sahəsi üçün ayrıb. Bir hissəsi isə heç bir müqavilə sənədi olmadan digər şəxslərə verilib. Bununla bağlı Ədliyyə Nazirliyinin müvafiq şöbəsi Rayon İcra Hakimiyyətinin təklifi ilə, araşdırma aparıb və yekun sənədlər rayon Prokurorluğuna göndərilib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Ağdam rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov  bildirib.

İcra başçısı deyib ki, ötən il ərzində torpaq sahələrinin istifadəsinə görə Üçoğlan bələdiyyəsinə 2550 manat, Zəngişalı bələdiyyəsinə 1776 manat, Qaradağlı bələdiyyəsinə 2750 manat, Əhmədağalı bələdiyyəsinə 5760 manat, Sarıcalı bələdiyyəsinə 1550 manat, Quzanlı qəsəbə bələdiyyəsinə 6480 manat vəsait ödənilib. Bu rəqəmlərdə şübhəli məqamların olduğunu deyən V. Həsənov  bu sahədə yoxlamalar aparıldığını və çox yaxın bir müddətdə əsl həqiqətlərin ortaya çıxacağını bildirib: “Alıbəyli, Əfətli, Qərvənd, Hacıturallı bələdiyyəsinin hesabatlarında yol işlərinin təmiri və ya bərpasının aparılması göstərilsə də əlaqədar təşkilatların hesabına 1 manat belə vəsait ödənilməyib”.

İcra Başçısı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşqulluq Xidmətinin Ağdam rayon Məşğulluq Mərkəzinin də işlərində nöqsanların olduğunu vurğulayıb: “Vətəndaşların müraciətləri yerində araşdırılmır. Özünüməşğulluq  proqramının  həyata keçirilməsində nöqsanlara yol verilir. Bu da insanlar arasında narazılıqlar yaradır. Bəzi idarə və müəssisə təşkilat rəhbərləri məşğulluq mərkəzi ilə gizli sövdələşməyə girməsi nəticəsində vakant iş yerləri gizlədilir. Bu səbəbdən də mərkəzin direktoru Elşən Rüstəmov tutduğu vəzifədən azad edilib“.

V. Həsənov buna misal olaraq qeyri qanuni yollarla idarə müəssisə rəhbərlərinin öz yaxınlarını işlə təmin etdiyini misal göstərib: “Xındırıstan kənd körpələr evində işləyən bir nəfər tərbiyəçi və bir nəfər tibb bacısı 65 yaşı tamam olduğuna görə işdən çıxarılıb. Onların yerinə tibb bacısı Ağayeva Türkan Bəxtiyar qızı, Əmirova Afət Qaytaran qızı isə tərbiyəçi müəllim kimi, rayon icra hakimiyyətinə məlumat verilmədən işə götürülüb. Ötən illərdə isə ali və ya orta ixtisası olmayan insanlar rayon icra hakimiyyəti tərəfindən işlə təmin edilib”.

İcra başçısı ötən ilə ərzində aparılmış monitorinqlər zamanı musiqi məktəblərində bir sıra neqativ hallar aşkar edildiyini bildirib.

 





24.02.2020    çap et  çap et