525.Az

İtaliyada koronavirusdan ölənlərin sayı 6-ya yüksəlib


 

İtaliyada koronavirusdan ölənlərin sayı 6-ya yüksəlib<b style="color:red"></b>

İtaliyada yeni koronavirusdan ölənlərin sayı artmaqda davam edir.

APA-nın ANSA agentliyinə istinadən verdiyi məlumata görə, Breşiyada xəstəxanada onkoloji xəstəlikdən müalicə olunan qadın vəfat edib. Bununla da, koronavirusdan ölənlərin sayı 6-ya çatıb.

İtaliyada koronovirus qurbanlarının hamısı səhhətində problem olan yaşlı insanlardır. 

Ölkədə ümumilikdə koronavirusa 220 yoluxma halı qeydə alınıb, onlardan 6-sı dünyasını dəyişib. Çinin epidemiyanın yayıldığı Uhan şəhərindən təxliyə olunan bir İtaliya vətəndaşı isə artıq müalicə olunub.

 





24.02.2020    çap et  çap et