525.Az

Yeddi il bağlı qalmış ağır cinayət... - davamı


 

Azərbaycan Prokurorluğu - 95

Yeddi il bağlı qalmış ağır cinayət... - <b style="color:red">davamı</b>

yazıçı-publisist   

"Tovuz rayon prokuroru Rəsul Həsənov Tovuz Rayon Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırda Zaqatala rayon prokurorunun müavini vəzifəsində işləyən Füzuli Musayev tərəfindən yüksək məharət peşəkarlıqla aparılan istintaq hərəkətləri nəticəsində 7 il bundan əvvəl -  12 yanvar 1992-ci il tarixdə Əli Məmmədovun qəsdən  öldürülməsi cinayətinin üstü açılmış, qətli törədən Fikrət Hüseynov Ali Məhkəmənin hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir".

Azərbaycan Respublikası Prokurorluğu Kollegiyasının 1999 - cu il 14 avqust tarixində keçirilmiş  geniş iclasında Baş Prokuror, II  dərəcəli dövlət  ədliyyə müşaviri Eldar Həsənovun məruzəsindən.

                                             

ARZUOLUNMAZ SƏRNİŞİNLƏR...

 

Saat 20:00 radələri olardı. Yuxarıda zülmət qaranlıq hökmranlıq edirdi. Qışın şaxtasını özündə saxlayan soyuq yanvar axşamında saatlar axıb gedirdi. Qovlar qəsəbəsində külək zəif bir sıçrayışla yarpaqları xışıldadır, ağacların nazik gövdələri arasında inləyir, tək - tük yarpaqları küçələrdə qovurdu. Göy qara, lehməli idi, lakin bu tutqunluq arxasından sanki ara - sıra ay görünür, yaxud tək - tük ulduzlar parlayırdı. Ağacların çətirləri qaranlıqda tutqun bulanlıq ləpələr kimi seçilməyə başlayırdı, onların kənarları göyə qarışıb birləşir, elə bil zülmət içində əriyib yox olurdu...

Üç yoldaş - Arif, Fikrət Qasım dəmiryol vağzalındakı yeməkxanaya girdilər. Çöldə şaxta olduğuna görə bura tünlük idi. Xırıltılı səslə danışan, üzlərində xırda qayğılar ifadə olunan sərxoş adamların səsi siqaret tüstüsündə boğulan divarlarda zəif əks - səda verirdi.

Onlar yer tapıb oturdular. Cəsarət üçün adama 50 qram araq sifariş verdilər.

Küçə qaranlığa bürünüb yatırdı. Vağzalqabağı meydan bomboş idi, maşın, adam var idi. Küçə dirəklərinin zəif işığında ağaclar məğrur görünürdü.

Haradasa uzaqlardan zəif fit səsi eşidilirdi: səs get - gedə artırdı. Bir azdan onlar qatar təkərlərinin taqqıltısını eşitdilər. Yük qatarı stansiyadan sürətlə keçib tezliklə qaranlıqda yox oldu. Sakitlik ətrafa yenidən hakim kəsildi.   

Yeməkxananın pəncərəsindən çöldə gözlənilmədən zülmət içində qırmızı işıqları ilə göz vuran avtomaşın nəzərə çarpdı. Avtomaşını görən təki yayı dartılmış kimi üçü yerindən sıçradı... 

Qasım ürəyi döyünə - döyünə, bədəni titrəyə - titrəyə sürücüyə doğru gedir öz - özünə deyinirdi: "Həyəcanlanmamaq lazımdır, sakit olmaq lazımdır - ürəyinə müraciət edərək: - olub? Bu haldır? - deyə söylənirdi. O, özünü sakit eləmək üçün qədər çox səy edirdisə, bir o qədər narahatlıq keçirir, nəfəsi tutulurdu:

- Bizi Əsrik Cırdaxan kəndinə apararsan? Neçə desən verərik....

Qiyməti danışıb razılaşdılar.

Fikrət qabaqda sürücünün sağ tərəfində oturdu özünü arxaya yıxdı, onun üzünün rəngi qaçmışdı. Ariflə Qasım isə keçib arxada rahatlaşdılar.  

Sürücü, qəsəbə sakini Əli Məmmədov xüsusi bir cəldliklə qoşqunu sıxıb, sürət dəstəyini şaqqıltı ilə "keçirdi" pedalı bərkdən basdı. Mühərrikin gurultusu maşının içində danışanların səsini batırdı. Avtomaşın yerindən tərpənib asfalt yoluna istiqamət götürdü.

Onlar maşında şose yolla şütüyürdülər. Ağaclar, kollar gah tək - tək, gah da dəstə - dəstə ilə marafon qaçışında iştirak edən idmançılar kimi yanlarından ötüb keçirdi.

Təxminən on beş - iyirmi dəqiqə keçəndən sonra avtomaşın axşamın qatı qaranlığı ilə üz - üzə gəldi. Böyükqışlağın asfalt örtüyü korlanıb dağılmış, kələ - kötür  yolu narahat idi. Maşın çala - çuxur yolla çətin irəliləyirdi.

- "Lənətə gələsiniz sizi" -  deyə sürücü əsəblərini cilovlayıb çölün sinəsindən keçən yola baxaraq işləməyən şüşətəmizləyənlərin qarasınca astadan deyindi.

 Yollar yaxşı deyildi. Təkərlər su dolu çalalara düşdükcə palçıq sıçrayıb maşının altına yapışırdı. Narın yağış damcıları xəfifcə maşının qabaq şüşəsini cırmaqlayırdı. Tələsmək lazım idi: bir azdan yağış güclənə bilərdi.

Yolun 8 - ci kilometrliyinə çatanda Fikrət üzünü sürücüyə tutub dilləndi:

- Saxla. Beş dəqiqəliyə havamı dəyişib gəlirəm.

Bu o biri yoldaşlarına işarə idi: - "Siz hərəkət edin, mən qayıdıram". 

...Özləri ilə götürüb gizlətdikləri ağır dəmir boru parçaları ilə Ariflə Qasım  sürücünün başına  ölümcül zərbələr endirməyə başladılar. Sürücüdən çığırtı səsi gəldi. Bu dəfə dəmir borunu daha güclü zərbə ilə onun başına çırpdılar: qan sürücünün kəlləsindən sel kimi axdı. Yapışqan kimi isti qanın içində çapalayan sürücü yarpaq kim əsirdi.

Onu avtomaşından yerə saldılar. Sürüyüb yoldan xeyli kənara çəkdilər. Ariflə Qasımın gözləri qanla dolmuşdu - onlar özlərini idarə edə bilmir, tez - tez, nəfəsləri tıxana - tıxana vururdular. Çılğınlıqdan sifətləri dəhşətli olmuşdu.

Bu vaxt "havasını dəyişib" qayıdan Fikrət dostlarına qoşuldu onların üçü birlikdə quduz bir kinlə, qəzəblə, sanki bir ehtiras qızğınlığı işərisində sürücünün başına, üzünə, bədəninin müxtəlif yerlərinə dəmir parçası ilə güclü zərbələr endirməyə başladılar.

Təsəvvür edin ki, belə bağırtı, belə qeyri - təbii səslər, belə ulama, belə fəryad, belə diş qıcıltısı, belə ağlayış eşidilməmişdi. Bu cür rəhimsizliyi təsvir etmək çətin idi...

 Nəhayət torpaq üzərində çapalayan, sudan çıxarılmış balıq kimi xırıldayan Əli Məmmədov qana bulaşmış cansız başını uzatdı, dərindən köksünü ötürərək öldü. Onun gözləri bərələrək, elə bil ki, yerindən çıxmaq istəyirdi, alnı üzü qıclaşaraq eybəcərləşdi. Kəllə sümüyü parçalanmışdı, hətta azca da yana əyilmişdi...

Sürücünün qan içində olan paltarının bütün ciblərini eşələyib axtardılar: cəmi 75 rubl rus pulu tapdılar. Meyitin barmağındakı 17300 rubl rus pulu dəyərində olan qızıl üzüyü qənimət kimi götürdülər.        

Fikrət avtomaşının sükanı arxasında əyləşdi. Lakin sürə bilmədi, həyəcandan avtomaşını yolun kənarındakı çökəkliyə saldı. "Jiquli"ni çökəklikdən çıxarıb aparmaq qeyri - mümkün idi. Ona görə , avtomaşında ələ gələn yapon istehsalı olan maqnitofon kasetlərini, o cümlədən arxa şüşəni çıxardıb götürdülər. Sonra köməkləşib al - qan içində olan meyitin bədəninin yarı hissəsini avtomaşının kapotuna keçirdib uzadılmış vəziyyətdə qoydular.  

Qasım iri qara gözləri ilə qorxa - qorxa ətrafı izləyirdi: onun gözləri qorxu ifadə olunan arıq, balaca üzündə daha iri görünürdü. O, əzabverici bir hiddət  içində meyitə baxdı... sifəti çimçəşdi, o saat da gözünü çəkərək çöhrəsini turşutdu. Bütün bədəni tər içində idi, saçı tərdən islanmışdı, vahimə onu bürümüşdü. Arağın təsirindən ayılmışdı - törətdiyi cinayəti dərk etdiyindəndirmi, yoxsa nədən idisə nəfəsi tutulur, sinəsi sıxılırdı. Titrətmə üşütmə canını bürümüşdü - sanki kürəyinə şaxta dolmuşdu. O elə bil ayaq üstə ölmüşdü. Bu hadisə öz qəfil təsiri ilə ildırım kimi onu vurmuşdu.

İşlərini amansız bir yırtıcılıqla görüb qurtarandan sonra bu insan qatillərinin bənizi ağarmışdı, üzləri hirsli halda dəyişmişdi, dodaqlarında hiddətli, kinli, sərt təbəssüm görünürdü. Hər üçünün gözü işım - işım işıldayır, vəhşi parıltı ilə alışıb - yanırdı. Onlar öldürdüyü adamın meyitini görən bir qatilin hiss etməli olduqlarını duymaqda idilər. onlar qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ağır cinayət törətmiş, belə alçaq, murdar rəzil bir işə şüurlu olaraq əl atmışdılar.

Qatillər əllərindəki dəmir parçalarını bir tərəfə tullayıb axşamın qəlb üzən qaranlığında sanki Ayın hiyləgərliklə qıyılmış gözlərindən gizlənmək üçün ağaclığa doğru qaçdılar bir neçə dəqiqənin içində kölgə kimi əriyib yox oldular.

Ətraf o qədər sakit idi ki, şaxtalı bu soyuq havada ancaq yarpaqların arasından nəfəs alan küləyin səsi eşidilirdi. Bir teleqraf tellərində oturmuş qarğa sağsağanlar uşaq kimi çığırışırdılar...

 

PROSESSUAL ARAŞDIRMALAR İŞDƏ OLAN SƏNƏDLƏR GÖSTƏRDİ ...            

Mən yuxarıda dediyim kimi, istintaq sirri olduğu üçün bəzi məqamları açıqlamaq istəmirəm. Buna heç ixtiyarım da çatmır. Amma bildirirəm ki, daimi ənənəmə uyğun olaraq yaxından tanış olduğum, maraqla vərəqlədiyim çox səliqə ilə tərtib olunmuş istintaq materialları - qətl hadisəsinin ibtidai istintaq tərəfindən necə müəyyən olunması, müqəssirin törətdiyi cinayətin yeri, vaxtı, üsulları, motivi nəticələri, habelə cinayət hadisəsinin özünü, həm müqəssirin təqsirli olması haqqında istintaqın gəldiyi nəticələri təsdiq edən sübutlar  prokuror Rəsul Həsənovun, onun rəhbərlik etdiyi istintaq qrupunun əməliyyat işinə cəlb edilmiş polis əməkdaşlarının gərgin əməyini, ilk növbədə yüksək peşəkarlığını əks etdirirdi.       

İstintaq araşdırmaları göstərdi ki, Arif Vəlixanov tanışları Qasım Məhərrəmovu Fikrət Hüseynovu cinayət fəaliyyətinə cəlb etmiş, onlarla birlikdə Əli Məmmədovu xüsusi amansızlıqla öldürmüş bununla Cinayət Məcəlləsinin 94 - maddəsinin 1 - ci 6 - bəndlərində 215 - ci (yetkinlik yaşına çatmayanları cinayət fəaliyyətinə cəlb etmə) maddəsində nəzərdə tutulan cinayəti törətmişdir.

İstintaqda Qasım Məhərrəmov törətdiyi cinayət əməlini tam etiraf etdi. Qüvvədə olan qanunvericiliyə görə, Qasım Məhərrəmov cinayətin subyekti olmadığından onu törətdiyi adam öldürməyə görə cinayət məsuliyyətinə cəlb etmək olmazdı. Cinayət Məcəlləsinin 10 - cu (yetkinlik yaşına çatmayanların məsuliyyəti) maddəsinə əsasən adam öldürməyə (94 - 99 - cu maddələr) görə cinayət məsuliyyətinə on dörd yaşından başlayaraq əməl törədən şəxslər cəlb edilirlər.

İntensiv həyata keçirilən istintaq - əməliyyat tədbirləri onu da göstərdi ki, Gülçöhrə Hüseynovaya oğlu Fikrət Hüseynovun tanışları Arif Vəlixanov Qasım Məhərrəmov ilə birlikdə 1992 - ci il yanvarın 11 - Tovuz - Böyükqışlaq avtomobil yolunda Əli Məmmədovu qəsdən öldürmələri bəlli olduğu halda bu barədə hüquq - mühafizə orqanlarına xəbər verməmiş, bununla da Cinayət Məcəlləsinin 186 - (cinayət haqqında xəbər verilməməsi) maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 1998 - ci il 29 dekabr tarixində qəbul etdiyi qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 66 - maddəsinin müddəalarını nəzərə alaraq ifadə verməsi məcburi olmayan şəxslərdən hər hansı biri həmin maddədə sadalanan (özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı) qohum tərəfindən törədilmiş cinayət haqqında xəbər verilməməsinə görə Cinayət Məcəlləsinin 82 - ci (dövləti cinayətlər haqqında xəbər verməmə) 186 - maddələri ilə məsuliyyət daşıya bilməz. Ona görə Gülçöhrə Hüseynova oğlu Fikrət qeyriləri tərəfindən Əli Məmmədovun qəsdən öldürülməsi barədə hüquq - mühafizə orqanlarına xəbər verməməsinə görə Cinayət Məcəlləsinin  qeyd olunan maddəsi ilə müttəhim kimi cəlb oluna bilməzdi.

Rəsul Həsənovun sübutların qiymətləndirilməsi  cinayət işinin ayrılması barədə qəbul etdiyi qərarda cinayət törədərkən cinayət məsuliyyəti üçün Cinayət Məcəlləsinin 10 - cu maddəsində müəyyən edilən on dörd yaşı çatmayan Qasım Məhərrəmovun cinayət işinə xitam verildi. Onun bu əməli barədə Cinayət Məcəlləsinin 207 - ci (xuliqanlıq) maddəsinin 2 - ci hissəsində nəzərdə tutulan cinayət törətdiyinə görə hazırda cəza çəkdiyi 14 saylı İslah Əmək Müəssisəsinə yazılı məlumat göndərildi.    

Eyni zamanda Gülçöhrə Hüseynova barəsində cinayət işinin icraatına da şəraitin dəyişməsi ilə əlaqədar xitam verildi.

Arif Vəlixanovun əməli Cinayət Məcəlləsinin 94 - maddəsinin 1 - ci 6 - bəndlərinə 215 - ci maddəsinə tövsif edilməklə materiallar Fikrət Hüseynov barədə cinayət işindən ayrılaraq yeni cinayət işi açıldı. Arif Vəlixanova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müqəssir sifətində cəlb edilməsi, eyni zamanda barəsində axtarış elan olunmaqla həbs-qətimkan tədbirinin seçilməsinə dair qərarlar da qəbul edildi. Onun Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yaşaması baxımından əlaqələrinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin aparılması məqsədi ilə zəruri əməliyyat - axtarış tədbirlərinin keçirilməsi məqsədilə müvafiq əməliyyat tapşırığı verildi.

Beləliklə, vəzifə borclarının icrasına vicdanlı münasibət nümunəsi göstərən istintaq qrupu üzvlərinin gərgin əməyi nəticəsində bu ağır cinayət işinin istintaqı qısa müddət ərzində yekunlaşdırıldı. 

1999 - cu il yanvarın 25 - prokuror Rəsul Həsənov cinayət işi üzrə tam həcmdə işlər görməklə istintaqı başa çatdırıb ittihamnaməni tərtib etdi, bir neçə gün sonra isə ittihamnamə Baş Prokurorun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Vəliyev tərəfindən təsdiq olundu cinayət işinin mahiyyəti üzrə  baxılması üçün Ali Məhkəməyə göndərilməsi təmin edildi.

lll

1992 - ci il yanvarın 11 - baş vermiş ağır cinayətin tarixinə son nöqtə  1999 - cu il fevralın 18 - Tovuz şəhərində qoyuldu. Ali Məhkəmənin Cinayət işləri üzrə birinci dərəcəli məhkəmə kollegiyası hakim Mansur İbayevin sədrliyi ilə işə baxaraq ittiham hökmü çıxartdı. Fikrət Hüseynovun cinayət əməli materialları, şahid ifadələri, ekspertiza rəyləri işin digər halları ilə tam sübuta yetirildi. Əli Məmmədovu tamah məqsədi ilə ağırlaşdırıcı halda qəsdən xüsusi amansızlıqla öldürdüyünə görə müttəhim Fikrət Hüseynov Cinayət Məcəlləsinin 94 - maddəsinin 1-ci 6- bəndləri ilə təqsirli bilinib cəzasını möhkəm rejimli islah - əmək koloniyasında çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edildi.    

... Bəli hər bir cinayətin üstü əvvəl - axır açılır. Bir şərtlə ki, prokurorluğun müstəntiqləri, əməliyyat işçiləri öz vəzifələrinə vicdanla yanaşsınlar, gördükləri işə ürəkdən can yandırsınlar, ədalətin keşiyində durmaq kimi məsuliyyətli şərəfli borclarını bir an da belə unutmasınlar.

Bunu əlbəttə ki, qanunun aliliyi tələb edir! 

Avqust, 1999-cu il

 





25.11.2013    çap et  çap et