525.Az

42 saylı Sumqayıt II Seçki Dairəsinin iki məntəqəsində seçkinin nəticələri ləğv edilib


 

42 saylı Sumqayıt II Seçki Dairəsinin iki məntəqəsində seçkinin nəticələri ləğv edilib<b style="color:red"></b>

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar  42 saylı Sumqayıt İkinci Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Elşad İsrafilovun və digərlərinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

T. Həsənov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 7 və 32 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb. 

MSK müraciəti qismən təmin edib və 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə 7 və 32 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

Qeyd edək ki, bu dairə üzrə lider namizəd Tahir Mirkişilidir.

 

 





24.02.2020    çap et  çap et