525.Az

MSK bir məntəqədə seçkinin nəticələrini ləğv edib


 

MSK bir məntəqədə seçkinin nəticələrini ləğv edib<b style="color:red"></b>

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar  64 saylı Sabirabad İkinci  Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Dilşad Əhədovanın müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb. 

MSK 64 saylı Sabirabad İkinci Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

 





24.02.2020    çap et  çap et