525.Az

Yunanıstan koronavirusla bağlı təcili iclas çağırıb


 

Yunanıstan koronavirusla bağlı təcili iclas çağırıb<b style="color:red"></b> Yunanıstan Səhiyyə Nazirliyi İtaliyada koronavirusun yayılması ilə bağlı təcili iclas çağırıb. Ölkədə virusun yayılmaması üçün tədbirlər planı müəyyənləşib.

Qeyd olunub ki, “Diamond Princess” kruiz gəmisindən düşən iki yunan sərnişinində virusun əlamətləri aşkar edilməyib. Eyni zamanda, hökumət virusla bağlı məlumat kampaniyasına başlayıb. Virusdan qorunmaq, profilaktika tədbirləri həyata keçirir. Ölkənin bütün aeroport, liman və sərhədlərində virus barədə dolğun məlumat verilib. Nazirlik mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqə saxlayır, ölkə üzrə bütün xəstəxanalar, tibb mərkəzləri, təcili yardım xidmətləri fövqəladə vəziyyət üçün hazırlıq vəziyyətinə gətirilib.
 





24.02.2020    çap et  çap et