525.Az

“Diplomatiya könüllüləri” Hərbi Prokurorluqdakı Memorial Soyqırımı Muzeyində olublar


 

“Diplomatiya könüllüləri” Hərbi Prokurorluqdakı Memorial Soyqırımı Muzeyində olublar<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq elan olunmuş “Könüllülər ili” çərçivəsində Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan “Xocalı soyqırımı” barədə məlumatlılığın artırılması, Xocalıda törədilən qətliama dair sənədlərlə tanışlıq və orada baş verənlərin soyqırımı aktı olmasının hüquqi bazasına yiyələnmək məqsədilə fevralın 24-də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” qrupunun üzvləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırımı Muzeyində olublar.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Diplomatiya könüllüləri” muzeydə Xocalı soyqırımı ilə bağlı sənədlər, tibbi-ekspertiza rəyləri ilə tanış olaraq hadisələrə hüquqi çərçivədən baxmaq imkanı qazanıblar. Eksponatlarla tanışlıqdan sonra Xocalı soyqırımının şahidlərinin dilindən hadisələrin təsvir edildiyi video nümayiş olunub.

Sonda “Diplomatiya könüllüləri” muzeyin Xatirə kitabında təəssüratlarını yazıb və belə səfərlərin gənclərimizin öz tarixinə olan bağlılığının artırılması və vətənpərvər Azərbaycan gəncliyinin formalaşması istiqamətində mühüm rol oynadığını qeyd ediblər.

 





24.02.2020    çap et  çap et