525.Az

İranın Qərbi Azərbaycan vilayətində daha bir zəlzələ olub


 

İranın Qərbi Azərbaycan vilayətində daha bir zəlzələ olub<b style="color:red"></b>

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4.3 bal gücündə zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadən məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 02:44-də 7 km dərinlikdə baş verib.

Tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan əyalətində fevralın 23-də də zəlzələ baş verib, xeyli sayda insan xəsarət alıb.

 





25.02.2020    çap et  çap et