525.Az

KİV: "Misirin keçmiş prezidenti Hüsnü Mübarək vəfat edib"


 

KİV: "Misirin keçmiş prezidenti Hüsnü Mübarək vəfat edib"<b style="color:red"></b>

Misirin sabiq prezidenti Hüsnü Mübarək vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “Əl-Aym əs Sabia” portalı məlumat yayıb. Sabiq prezidentin 91 yaşında vəfat etdiyi bildirilir.

Bu barədə hələlik rəsmi məlumat yayılmayıb.

Qeyd edək ki, Misirin 4-cü prezidenti olan H. Mübarək 1981-ci ildən 2011-ci ilə kimi ölkəyə rəhbərlik edib. O, 2011-ci ildə baş verən inqilab zamanı istefa verib. Daha sonra həbs edilən H. Mübarək azadlığa buraxılıb.

 





25.02.2020    çap et  çap et