525.Az

Ərdoğan Türkiyə futbol yığmasının Bakıda keçirəcəyi oyunları izləmək niyyətindədir


 

Ərdoğan Türkiyə futbol yığmasının Bakıda keçirəcəyi oyunları izləmək niyyətindədir<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan bu ilin iyun ayında futbol üzrə Avropa çempionatında Türkiyə yığmasının Bakıda keçirəcəyi oyunları izləmək niyyətindədir.

APA-nın məlumatına görə, bu barədə o, bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra mətbuata bəyanatında deyib.

“Bu ilin iyun ayında futbol üzrə Avropa çempionatında Türkiyə komandasının Bakıda keçirəcəyi oyunları Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləmək niyyətindəyəm”, - deyə o qeyd edib.

 





25.02.2020    çap et  çap et