525.Az

MSK daha 14 seçki məntəqəsində qanun pozuntuları aşkarlayıb


 

MSK daha 14 seçki məntəqəsində qanun pozuntuları aşkarlayıb<b style="color:red"></b>

Təqdim edilmiş protokolların və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, 11 saylı Qaradağ Seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar Seçki Dairəsinin 8, 13, 20 saylı, 101 Göygöl-Daşkəsən Seçki Dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb.

Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

 





25.02.2020    çap et  çap et