525.Az

“Nəhayət Azərbaycanda bütün tərəflər proseslərdə aktiv iştirak etməyə başlayır”


 

“Nəhayət Azərbaycanda bütün tərəflər proseslərdə aktiv iştirak etməyə başlayır”<b style="color:red"></b>

“Siyasi partiyaların seçki prosesində müstəqil fəaliyyətinin şahidi olduq”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, tarixi canlanmanı yaşayırıq: “Seçkilərlə bağlı Azərbaycan ictimaiyyətinin bütün üzvləri arasında canlanma müşahidə edildi. Nəhayət Azərbaycanda bütün tərəflər proseslərdə aktiv iştirak etməyə başlayır. Bu sevindirici haldır. Ölkə vətəndaşlarının faəliyyəti üçün bütün şərait yaradılıb. Bu gün bəzi insanlar da öz narazılığını bildirir. Bu normal haldır. Narazılıqların haqlı olanları MSK və müxtəlif qurumlar tərəfindən təmin edildi”.

 





25.02.2020    çap et  çap et