525.Az

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatı uzadılıb


 

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatı uzadılıb<b style="color:red"></b>

Avropa İttifaqının Şurası bu qurumun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səlahiyyət müddətini daha 12 ay uzadıb.

APA-nın xəbərinə görə, o, 2021-ci il fevralın 28-dək bu postda qalacaq.

Qeyd edək ki, Aİ Şurası Toivo Klaarla yanaşı, digər 5 xüsusi nümayəndəsinin də səlahiyyət müddətlərini artırıb.

Xatırladaq ki, Toivo Klaar 2017-ci ilin noyabrında ilk dəfə bu posta təyin edilib.

 





26.02.2020    çap et  çap et