525.Az

Rusiya saytı: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”


 

Rusiya saytı: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”<b style="color:red"></b>

Rusiyanın “Qazeta.ru” internet-nəşrində Xocalı faciəsinə həsr olunmuş “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, nəşr 1992-ci il fevralın 25-26-da Xocalıda dinc sakinlərin kütləvi qətllərinin törədildiyindən yazır. Bildirir ki, 1992-ci il fevralın 25-26-da Ermənistan-Azərbaycan münaqişəsinin dönüş epizodlarından biri baş verib. Ermənistan bölmələri bir neçə ay sürən mühasirədən sonra azərbaycanlı sakinlər və kiçik qarnizondan ibarət Xocalı şəhərinə hücum həyata keçiriblər. Hadisənin sağ qalan şahidlərinin dediklərinə görə, yüzlərlə dinc sakin hücumun qurbanına çevrilib, onlar qarlı çöl vasitəsilə qaçmağa cəhd edərkən artilleriya və snayper atəşinə tuş gəliblər”.

Nəşr britaniyalı jurnalist, Qafqaz üzrə mütəxəssis Tomas de Vaalın “Qara bağ” kitabından sitat gətirir. Kitabda müəllif erməni separatçılarının liderlərindən birinin, sonradan Ermənistanın prezidenti olmuş Serj Sarkisyanın “müharibə cinayətə meyli olan oğlanları cəlb edirdi” bəyanatına istinad edir.

 

 





26.02.2020    çap et  çap et