"İsrail həm şad, həm də faciəli günlərdə Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanır".
APA-nın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı “Twitter” paylaşımında bildirib.
Səfir bu gün Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etdiyini də qeyd edib.