525.Az

Riqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş növbəti tədbir


 

Riqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş növbəti tədbir <b style="color:red"></b>

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə Riqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, Riqa şəhərinin mərkəzi “K.Suns” kinoteatrında keçirilən tədbirdə Latviyada yaşayan Azərbaycan icması və bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə ölkəmizin müstəqilliyi uğrunda canından keçən qəhrəman vətən övladlarının və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının latviyalı üzvü, tədbirin təşkilatçılarından olan Amil Səlimov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalıda törədilən vəhşiliklər barədə geniş məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş Sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə qətlə yetiriblər.
Sonra Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.

Sonda ehsan süfrəsi açılıb. Həmçinin tədbir iştirakçılarına soyqırım ilə bağlı broşürlər paylanılıb.

 





26.02.2020    çap et  çap et