525.Az

Misirin sabiq Prezidenti Hüsnü Mübarəkin dəfn mərasimi keçirilib


 

Misirin sabiq Prezidenti Hüsnü Mübarəkin dəfn mərasimi keçirilib<b style="color:red"></b>

Misirin sabiq Prezidenti Hüsnü Mübarəkin dəfn mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərhum dövlət başçısının dəfn mərasimində Prezident Əbdülfəttah əs-Sisi, Baş Nazir Mustafa Mabduli, nazirlər və Misir parlamentinin deputatları iştirak ediblər.

Dəfn mərasimi Nəsr şəhərinin Tantavi məscidində keçirilib. Sonra Hüsnü Mübarəkin cənazəsi olan tabut hərbi helikopterlə Heliopolisdəki ailə məzarlığına gətirilib və torpağa tapşırılıb.
Yaxın Şərq və Şimali Afrika ölkələrinin liderləri sabiq Prezidentin ailə üzvlərinə başsağlığı veriblər. İsrailin Baş Naziri Benyamin Netanyahu Hüsnü Mübarəki “regionda sülhün bərqərar olmasına səy göstərən görkəmli siyasətçi” adlandırıb.

 





26.02.2020    çap et  çap et