525.Az

QMİ-dən koronavirus açıqlaması


 

QMİ-dən koronavirus açıqlaması <b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsi ilə əlaqədar Həcc ziyarətinin dayandırılıb-dayandırılmayacağına aydınlıq gətirib.

QMİ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ hələlik gündəmdə deyil: “Hələlik Səudiyyə Ərəbistanında əməkdaşlıq etdiyimiz şirkətlər tərəfindən Azərbaycan heç bir müraciət daxil olmayıb. Çox güman ki, belə müraciət virusun yayıldığı ölkələrə aid olacaq”.

QMİ-dən bildirilib ki, Həcc ziyarətinə getmək üçün indiyədək 280 nəfər müraciət edib. Ziyarətə getmək üçün sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək. Bu il Həcc ziyarəti üçün kvotanın sayı 1500 nəfər təşkil edir. Ziyarətin qiyməti 4490 ABŞ dolları olacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı yeni koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarətinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

 





27.02.2020    çap et  çap et