525.Az

Hotellərin ulduz təsnifat prosedurunda iki audit iştirak edəcək


 

Hotellərin ulduz təsnifat prosedurunda iki audit iştirak edəcək<b style="color:red"></b>

"Hotellərin ulduz təsnifat proseduru zamanı iki audit iştirak edəcək. Auditor hotelləri yoxlayacaq və onlayn qiymətləndirmə sahibkar və menecerə təqdim ediləcək".

APA-nın məlumatına görə, bunu Azərbaycan Hotellər Assosiasiyasının meneceri, Ulduz Təsnifatı üzrə Menecer Rəşad Niyazov bildirib. Onun sözlərinə görə, təsnifat zamanı uyğunsuzluq aşkar olunarsa, onun aradan qaldırması üçün hotellərə 36 ay vaxt veriləcək: "Yoxlanışdan sonra auditorlar rəyi Keyfiyyət və Qərəzsizlik Komissiyasına göndərəcək. Hotel müvafiq kateqoriyaya uyğun olmadığı təqdirdə bu barədə ona yazılı bildiriş göndəriləcək".

Rəşad Niyazov qeyd edib ki, hotel verilən qərara razı olmasa, bu barədə Apelyasiya Komitəsinə müraciət edə bilər: "Komitənin qərarından sonra audit hoteldə yenidən audit keçirə bilər".

 





27.02.2020    çap et  çap et