525.Az

Üç general istefaya buraxıldı - Sərəncam


 

Üç general istefaya buraxıldı - <b style="color:red">Sərəncam </b>

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamla aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:

general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

general-leytenant Xəlilov Əsgər Sabir oğlu

general-leytenant Tağızadə Fərhad Sabir oğlu.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 





27.02.2020    çap et  çap et