525.Az

"Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" kitabı nəşr olunub


 

"Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" kitabı nəşr olunub<b style="color:red"></b>

Bu günlərdə ədəbiyyatşünas, professor Timuçin Əfəndiyevin yeni kitabı işıq üzü görüb. "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" adlı monoqrafiya dünya mədəniyyəti və ədəbiyyatında mühüm yer tutan romantizm probleminə həsr olunub.

Müəllif problemə bir qədər geniş yanaşaraq bu ədəbi cərəyanı üç konteksdə araşdırıb; dünya ədəbiyyatında romantizm, romantizmin nəzəri, estetik problemləri, Azərbaycan romantizmi, onun əzəri-estetik funksionallığı və görkəmli nümayəndələri.

Romantizm probleminin ilk dəfə olaraq, bu kontekstdə araşdırılmasının əsas səbəbi məsələyə kompleks yanaşmaq və romantizmi bütün yönlərilə ortaya qoymaqdır. Sosrealizm ədəbiyyatşünaslığından sonra problem bu şəkildə araşdırılır və müəyyən nəticələrə gəlinir.

Kitab giriş və beş fəsildən ibarətdir. Fəsillər müvafiq olaraq belə adlanır: "Romantizm və onun nəzəri problemləri", "Dünya ədəbiyyatında romantizm", Azərbaycan romantizminin təşəkkülü və problemləri", "Azərbaycan romantizminin estetikası və poetikası" və "Personaliya".

Kitabın elmi redaktoru akademik, millət vəkili İsa Həbibbəyli, rəyçilər filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadədir.

Monoqrafiya tədqiqatçılar, universitet müəllimləri, tələbələr, magistr və dissertantlar üçün də dəyərlidir.

ŞAHANƏ

 





28.02.2020    çap et  çap et