525.Az

Milli Kitabxanada argentinalı yazıçının kitabının təqdimatı olacaq


 

Milli Kitabxanada argentinalı yazıçının kitabının təqdimatı olacaq<b style="color:red"></b>

Fevralın 27-də Argentinanın Azərbaycandakı səfirinin müavini xanım Korina Beatriz Lehmann Milli Kitabxanada olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağa ölkələrimiz arasında mədəniyyət sahəsində mövcud olan sıx əlaqələrdən danışıb. Argentinanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin olduğunu qeyd edən K.Tahirov bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Milli Kitabxananı yenidən ziyarət etməsindən məmnunluğunu söyləyən xanım Korina budəfəki səfərinin argentinalı müəllif Rodolfo Dinselin Azərbaycan dilinə tərcümə edilmiş "Tanqo rəqsi" kitabının təqdimat mərasimi ilə bağlı olduğunu bildirib. O, bu təqdimat üçün Milli Kitabxananın ən ideal məkan olduğunu qeyd edib.

Kitab haqqında qısa məlumat verən Korina xanım bu kitabın tanqonun tarixindən, tanqo mədəniyyətindən və texnikasından bəhs edən, həmçinin, rəqs məktəbləri və tanqo həvəskarları üçün faydalı bir vəsait olduğunu bildirib.

Yaxın günlərdə nəşrin təqdimatının keçirilməsi barədə razılığa gəlinib.

Görüşdə, həmçinin, Argentina Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında imzalanması nəzərdə tutulan qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu da müzakirə edilib.

Sonda xanım Korina Beatriz haqqında bəhs edilən "Tanqo rəqsi" kitabını Milli Kitabxanaya hədiyyə edib.

 





28.02.2020    çap et  çap et