525.Az

Türkiyə və Rusiya nümayəndə heyətləri Ankarada İdlibdəki vəziyyəti müzakirə ediblər


 

Türkiyə və Rusiya nümayəndə heyətləri Ankarada İdlibdəki vəziyyəti müzakirə ediblər<b style="color:red"></b>

İdlib bölgəsindəki vəziyyəti müzakirə etmək üçün Türkiyə və Rusiya nümayəndə heyətlərinin Ankarada növbəti görüşü keçirilib.

AZƏRTAC Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Rusiya tərəfinin tələbi ilə keçirilən görüşdə dərhal atəşkəsin elan edilməsi, gərginliyin azaldılması və rejimin Soçi razılaşması üzrə sərhədlərə çəkilməsi məsələləri müzakirə olunub.

Xatırladaq ki, Türkiyə və Rusiya nümayəndə heyətləri bundan əvvəl Ankara və Moskvada İdliblə bağlı danışıqlar aparıblar. İki ölkənin nümayəndə heyətləri dünən və iki gün əvvəl Türkiyənin Xarici İşlər Nazirliyində bir araya gələrək İdlibdəki vəziyyəti təkrar müzakirə ediblər.

 





28.02.2020    çap et  çap et