525.Az

"Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb


 

"Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb <b style="color:red"></b>

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi yeni kampaniyaya başlayıb.

APA-nın məlumatına görə, “Qarabağ harayı” adlanan kampaniya çərçivəsində Qarabağın hüdudları daxilində yaşayan insanların, məcburi köçkünlərin video-müraciətini beynəlxalq təşkilatlara ünvanlanacaq.

Tədbirdə çıxış edən “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, icma son 1 il ərzində öz fəaliyyətini daha da intensivləşdirilib:

“Əsas məqsədimiz Ermənistanın işğalçı siyasətini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu işdə gənclərin iştirakı isə bizim üçün çox vacibdir. informasiya savaşı çərçivəsində audio-viziual materialların hazırlanması və informasiya müharibəsində bu metoddan istifadə çox böyük önəm kəsb edir. Kampaniya  çərçivəsində nümayiş etdiriləcək “Şuşaya yenidən günəş doğacaq” adlı video-çarxın məqsədi gənclərin dünyaya çıxış etməsidir. Video-çarx Dağlıq Qarabağ Azərbaycanlı İcması, Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi və “CO production Baku” adlı media qurumunun birlikdə əməkdaşlığı nəticəsində meydana gəlib.  Video-çarxın əsas məqsədi ermənilərin  işğalçı siyasətindən əziyyət çəkən şəxslərin səsini dünyaya çatdırmaqdır”

T. Gəncəliyev qeyd edib ki, gənc nəsil ermənilərin bu torpaqları müvəqqəti saxladığını bilməlidir:

“Ermənilərin işğalçı siyasətini dünyaya daha yaxşı çatdırmaq üçün bu kampaniya gənclərə şərait yaradır. Bu kampaniya başladıqdan sonra estafeti ilk olaraq Rövşanə Quliyevaya verdik, və onun video-çarxını da dünyaya yayacağıq. Bu işdə bütün gəncləri iştirak etməyə çağırırıq. Öz torpaqlarımıza qayıtmayanadək biz sakit durmamalıyıq”.

Tədbirdə təqdim edilən video-çarxın rejissoru Can Batır, Tural Qəlbinur və digər şəxslər də çıxış edib.

Tədbir müzakirələrlə davam etdirilib.

 

 





29.02.2020    çap et  çap et