525.Az

Asif Hacılının yeni monoqrafiyası nəşr olunub


 

Asif Hacılının yeni monoqrafiyası nəşr olunub<b style="color:red"></b>

Azərbaycan Universitetinin professoru Asif Hacılının "Bayatı poetikası: struktur, semantika, praqmatika" adlı monoqrafiyası çap olunub.

Monoqrafiyada folklorumuzun qədim janrlarından olan bayatıların poetik sistemi formal-məntiqi və struktur-semiotik meyarlarla tədqiq edilib.
 
Müəllif şifahi lirikamızın tədqiqinin metodoloji məsələlərini şərh etmiş, bayatı poetikasının struktur, semantika və praqmatika qatlarını araşdırıb, bayatı janrını və ümumən şifahi lirikamızı səciyyələndirən konseptual ümumiləşdirmələr verib.

Bayatıların dərkini mədəniyyət və dilimizin, özlüyümüzün dərki hesab edən müəllif bu janrda aşkarlanan etnopoetik dünya mənzərəsini, rəmz və işarələri, motiv və konseptləri ətraflı təhlil etmiş, fonopoetik, qrammatik, leksik, sintaktik vasitələrin bədii sistemdə rolunu, mətn semantikasının müxtəlif aspektlərini və ümumi səciyyəsini, kompozisiya, ritm, vəzn, janr-üslub özünəməxsusluğunu araşdırıb. 

Müasir tədqiqat metodları və yeni konseptual yanaşma ilə, müxtəlif türk xalqlarının folkloruna xas mətnlərdən istifadə etməklə yazılmış bu kitab filoloq mütəxəssislər, tələbə və magistrantlar üçün nəzərdə tutulub. 

Monoqrafiya AMEA-nın Folklor İnstitutunun qərarı ilə  "Elm" nəşriyyatında çap olunub.

 





04.03.2020    çap et  çap et