525.Az

Danimarka çempionatı azarkeşsiz keçiriləcək


 

Danimarka çempionatı azarkeşsiz keçiriləcək<b style="color:red"></b>

Futbol üzrə Danimarka çempionatının mart ayındakı oyunları azarkeşsiz keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Danimarka Futbol Liqaları Birliyi məlumat yayıb.

Bildirilib ki, hökumət 1 000 və daha çox insanın qatıldığı tədbirlərin yenidən planlaşdırılmalı olduğunu və ya ləğv edildiyini açıqlayıb.

Bu səbəbdən çempionatın matçları azarkeşsiz keçiriləcək. İştirakçıların sağlamlığı üçün heç bir təhlükə olmadığı təqdirdə qarşılaşmalar ləğv olunmayacaq.

Qeyd edək ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub.

 





06.03.2020    çap et  çap et