525.Az

Avropada koronavirusa görə azarkeşsiz keçiriləcək matçların sayı artdı


 

Avropada koronavirusa görə azarkeşsiz keçiriləcək matçların sayı artdı<b style="color:red"></b>

Koronavirus epidemiyasına görə daha bir neçə ölkədə futbol matçlarına azarkeşlər buraxılmayacaq.

"Report" arici KİV-ə xəbər verir ki, virusun yayılmasının qarşısını almaq məqsədilə Portuqaliyanın bütün peşəkar liqalarında yaxın müddətdə baş tutacaq bütün oyunlar qeyri-müəyyən tarixədək azarkeşsiz keçiriləcək. Bu qadağa futzal üzrə millinin görüşlərinə də şamil olunur.

Eyni zamanda Fransada Liqa-1-in matçları aprelin 15-nə qədər azarkeşsiz oynanılacaq. Həmçinin martın 12-də Avropa Liqasının 1/8 final mərhələsində "Volfsburq" (Almaniya) və "Şaxtyor" (Ukrayna), LASK (Avstriya) və "Mançester Yunayted" (İngiltərə) komandaları arasında ilk oyunlar, Almaniya Bundesliqasının XXVI turunun "Borussiya" (Dortmund) - "Şalke" matçı, martın 31-nə nəzərdə tutulan Almaniya və İtaliya yığmaları arasında yoldaşlıq görüşündə də fanatlar stadiona buraxılmayacaq.

Bundan başqa, futbol üzrə Avstriya çempionatının XXIII və XXIV turunun qarşılaşmaları eyni səbəbdən təxirə salınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 116 740-a çatıb. Bunların 64 752 nəfəri sağalıb, 4 095 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

 





10.03.2020    çap et  çap et