525.Az

TƏBİB koronavirusun əsas əlamətlərini açıqladı - Video


 

TƏBİB koronavirusun əsas əlamətlərini açıqladı - <b style="color:red">Video </b>

“Yeni koronavirusun əlamətləri digər tənəffüs yolu xəstəliklərinə oxşardır. Xüsusi əlamətləri yoxdur”.

APA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib. O xəstəliyin əlamətlərini sadalayıb.

“Ümumdünya Səhiyyə Təşkilatının bu yaxınlarda verdiyi statistik rəqəmlərə baxsaq, yeni koronavirus üçün ən çox  qeyd olunan əlamət qızdırmadır. İkinci sırada quru öskürək, üçüncü  yorğunluq, halsızlıq, digər sıralarda isə bəlğəm, nəfəs darlığı, boğaz və qarın ağrısı kimi əlamətlər yer alır”,- deyə o bildirib.

 





18.03.2020    çap et  çap et