525.Az

Vergilər Nazirliyi yeni sosial çarxlar hazırlayıb - Video


 

Vergilər Nazirliyi yeni sosial çarxlar hazırlayıb - <b style="color:red"> Video</b>

Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.

Vergilər Nazirliyindən APA-ya daxil olan məlumata görə, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb. Bu sosial çarxlar “Yaşlıları koronavirusdan qoruyaq!”, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?” və “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?” mövzularına həsr edilib.

KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərindən həmin çaxrları öz internet səhifələrində və sosial şəbəkə səhifələrində yerləşdirmələri xahiş olunur.

Təbliğat və təşviqat materiallarını yükləmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:



 





21.03.2020    çap et  çap et