525.Az

«20 Yanvar-Dərnəgül» istiqamətində qatarların hərəkəti dayandırılacaq


 

«20 Yanvar-Dərnəgül» istiqamətində qatarların hərəkəti dayandırılacaq Avtovağzal istiqamətində metro xəttinin tikinti işləri ilə əlaqədar Bakı Metropoliteninin «20 Yanvar-Dərnəgül» sahəsi sentyabrın 6-sı saat 22:00-dan sentyabrın 10-u saat 06:00-a qədər bağlanacaq.

Metropolitendən 525.az-a verilən məlumata görə, bu müddət ərzində «20 Yanvar-Dərnəgül» və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların («20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül») xidmətindən istifadə edə bilməyəcəklər.

Həmin müddət ərzində qeyd olunan istqamətlərdə hərəkət etmək üçün sərnişinlərdən digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur.

Bu müddət ərzində Bakı Metropoliteninin qatarları «Həzi Aslanov-İçərişəhər» və «Həzi Aslanov-İnşaatçılar» istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək.

Qeyd edək ki, Bakı metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

BƏXTİYAR
 





04.09.2012    çap et  çap et