525.Az

Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu


 

Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu<b style="color:red"></b>

Həbsdə olan tanınmış Hollivud prodüseri Harvey Vaynştayn koronavirusa yoluxub.

APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, Nyu-York Ştatının İslaha Nəzarət və Polis Yardımsevərliyi Assosasiyasının Prezidenti Maykl Pouver Harvey Vaynştaynın karantinə alındığını bildirib.

Hazırda Vaynştaynın Buffalo yaxınlığındakı Vende həbsxanasında olduğu deyilir. Produserin vəkili İmran Ansari bildirib ki, bu barədə onlara məlumat verilməyib: "Vaynştaynın sağlıq problemlərini nəzərə alaraq bu xəbər bizi çox narahat edir və vəziyyəti yaxından izləyəcəyik".

Xatırladaq ki, Nyu-York məhkəməsi keçmiş prodüser Harvey Vaynştayna 23 il həbs cəzası verib.

 Prodüser təcavüz və cinsi zorakılıqda günahlandırılıb.

 

 





23.03.2020    çap et  çap et