Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Günü münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunub. "Pakistanın Milli Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Azərbaycan və Pakistanı bir-birinə ənənəvi dostluq və qardaşlıq münasibətləri bağlayır.
Qardaş Pakistan xalqına cansağlığı, uğurlar və firavanlıq diləyirik", XİN bildirib.