525.Az

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürəcək


 

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürəcək<b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 100 min manat məbləğində ianə ayrılması qərara alınıb.

Həmin vəsaitin ayrılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətinin könüllü istəyi ilə onların aylıq pul təminatı məbləğindən həyata keçiriləcək.

 





23.03.2020    çap et  çap et