525.Az

Yüksək təhlükə mənbəli maddələrin siyahısı hazırlanacaq


 

Yüksək təhlükə mənbəli maddələrin siyahısı hazırlanacaq<b style="color:red"></b>

Yüksək təhlükə mənbəli maddələrin siyahısı tərtib olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər əmtəələrin istehsalı, işlərin (xidmətlərin) görülməsi zamanı istifadəsi qadağan olunan kimyəvi, radioaktiv və digər yüksək təhlükə mənbəli maddələrin siyahısını hazırlamaq barədə öhdəlik götürüblər.

 





25.03.2020    çap et  çap et