525.Az

“Sınıq Körpü” sərhəd keçid məntəqəsindən istifadə vaxtı dəyişdirildi


 

“Sınıq Körpü” sərhəd keçid məntəqəsindən istifadə vaxtı dəyişdirildi<b style="color:red"></b>

Gürcüstandan qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də əks tərəfə hərəkət edən Gürcüstan vətəndaşlarının “Sınıq Körpü ” sərhəd keçid məntəqəsindən istifadəsi üçün verilən vaxta dəyişiklik edilib. 

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, dəyişikliyə əsasən vətəndaşlar sərhəd keçid məntəqəsindən yalnız saat 10:00-dan 12:00-dək istifadə edə biləcəklər. Daha əvvəl isə verilən vaxt saat 10:00-dan 18:00-dək idi.

Dəyişikliyin yük daşımalarına şamil edilmədiyi bildirilib.

 





25.03.2020    çap et  çap et