525.Az

Milli Məclisin plenar iclaslarının vaxtı dəyişdi


 

Milli Məclisin plenar iclaslarının vaxtı dəyişdi<b style="color:red"></b>

Milli Məclisin plenar iclaslarının keçirilmə saatlarına dəyişiklik edilib.

“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Sərəncamla Milli Məclisin iclasları saat 11:00-dan 17:00-dək keçiriləcək.

Fasilə vaxtı isə saat 13:00-15:00-dək olacaq.

Qeyd edək ki, Milli Məclisin plenar iclasları saat 12:00-dan 18:00-dək keçirilib, saat 14:00-16:00-dək isə fasilə olub.

 





25.03.2020    çap et  çap et