525.Az

Avstriya koronavirusla bağlı gündəlik testlərin sayını 15 minə çatdıracaq


 

Avstriya koronavirusla bağlı gündəlik testlərin sayını 15 minə çatdıracaq<b style="color:red"></b>

Avstriyanın Federal Kansleri Sebastian Kurts koronavirus infeksiyasının vaxtında müəyyən edilməsi və xəstələrin təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi üçün aparılan testlərin sayının kəskin şəkildə artırılacağını bildirib.

AZƏRTAC xəbər verir ki, kanslerin sözlərinə görə, gündəlik azı 15 min nəfər koronavirus infeksiyası ilə əlaqədar test ediləcək. Testlərin sayının artırılması bir tərəfdən ölkədə virusun yayılması ilə bağlı aktual vəziyyəti nümayiş etdirəcək, digər tərəfdən isə vəziyyətin gərgin olduğu bölgələrdə təcridetmə və karantin tədbirlərinin vaxtında tətbiqinə imkan verəcək. Qeyd edilib ki, yeni və sadə test metodları əhalinin daha sürətli testdən keçirilməsini təmin etməlidir.
Kansler, həmçinin bildirib ki, martın 27-dək əldə edilən məlumatlar əsasında hökumət növbəti addımları müəyyənləşdirməlidir. Hazırda Avstriyada koronavirusa yoluxanların sayı 5560 nəfərə çatıb, 31 nəfər isə xəstəlikdən dünyasını dəyişib. Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxmanın artım tempinin gündəlik 14,03 faizə düşməsi infeksiyanın ölkədə yayılmasının aşağı sürətlə getdiyini və səhiyyə qurumlarının yoluxmanın pik dövrünə hazırlaşmasına imkan verdiyini göstərir.

 





25.03.2020    çap et  çap et