525.Az

Finlandiya hökuməti ölkənin paytaxt bölgəsini təcrid etmək qərarına gəldi


 

Finlandiya hökuməti ölkənin paytaxt bölgəsini təcrid etmək qərarına gəldi<b style="color:red"></b>

Finlandiya hökuməti ölkənin paytaxt bölgəsini təcrid etmək qərarına gəlib.

AZƏRTAC Finlandiya KİV-lərinə istinadən xəbər verir ki, ölkədə COVID 19 koronavirusunun təhlükəli həddə yayılması səbəbindən, Finlandiya hökuməti paytaxt şəhəri Helsinkinin də yerləşdiyi Uusimaa bölgəsini ölkənin digər hissəsindən təcrid etmək qərarına gəlib. Bu qərara səbəb, ölkədə virusa yoluxan 880 nəfərin 75 faizinin Uusimaada yaşaması olub.

Xüsusi mətbuat konfransında çıxış edən Finlandiyanın Baş naziri Sanna Marin bölgəyə giriş-çıxış qadağasının bu il martın 27-dən aprelin 19-dək davam edəcəyini bildirib. Onun sözlərinə görə, iş və ya təcili rəsmi vəzifələrin icrası ilə əlaqədar olmayan səfərlərə Uusimaa bölgəsini tərk etmək və yaxud daxil olmaq qadağan ediləcək.

Qəbul olunmuş qərara əsasən, bölgə daxilində hərəkət məhdudlaşmayacaq, lakin hökumət rəsmiləri insanları heç bir səbəb olmadan evdən çıxmamağa çağırıb. Öz növbəsində, Müdafiə naziri Antti Kaikkonen mətbuat konfransında çıxış edərək Finlandiya ordusunun yeni təcrid qaydalarına əməl olunması üçün polisə kömək etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, yeni qaydaların yer aldığı qanun layihəsinin təsdiqlənməsi üçün Finlandiya Parlamentinə təqdim olunub. Yalnız müvafiq təsdiqlənmədən sonra, paytaxt bölgəsi ölkənin digər regionlarından təcrid olunacaq.

 





26.03.2020    çap et  çap et