525.Az

İtaliyada koronavirus qurbanlarının sayı 8 000 nəfəri ötdü


 

İtaliyada koronavirus qurbanlarının sayı 8 000 nəfəri ötdü<b style="color:red"></b>

Son sutka ərzində İtaliyada 662 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd edilir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 8 165 nəfərə çatıb. Son gün ərzində daha 4 492 nəfər virusa yoluxub. Hazırda İtaliyada 62 013 nəfər koronavirus xəstəsidir.

 





26.03.2020    çap et  çap et