525.Az

Rusiyanın Xalq artisti koronavirusa yoluxdu


 

Rusiyanın Xalq artisti koronavirusa yoluxdu<b style="color:red"></b>

Rusiyanın xalq artisti Lev Leşenko koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə məşhur müğənninin hazırda karantinə alındığı Kommunarkadakı xəstəxananın baş həkimi Denis Protsenko öz Facebook səhifəsində yazıb . O, Lev Leşenkonun COVID-19-a yoluxduğunun təsdiqləndiyini söyləyib.

Baş həkim hazırda müğənninin vəziyyətinin stabil olduğunu, reanimasiyadan palataya köçürüləcəyini bildirib.

 

 





27.03.2020    çap et  çap et