525.Az

Qatarlarının hərəkətinə qoyulan məhdudiyyət aprelin 20-dək uzadıldı


 

Qatarlarının hərəkətinə qoyulan məhdudiyyət aprelin 20-dək uzadıldı<b style="color:red"></b>

Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 20-dək uzadılıb.

525.az xəbər verir ki, bu qərara əsasən, Bakı-Tbilisi-Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək hərəkətdə olmayacaq.

Qeyd edək ki, sərnişin tələbatını nəzərə alaraq Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.

 





27.03.2020    çap et  çap et